17:22 24-09-2013
news_image
683
DİGƏR NÖVLƏR

Üzgüçülükdə də medal qazandıq

Azərbaycan millisinin İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu yarışlarda heç vaxt fəxri kürsüdə yer almayan üzgüçümüz mükafat “orucu”nu pozub.

Belə ki, London-2012-də 43 idmançı arasında 38-ci olan (100 m) Yevgeni Lazuka Palembanqda gümüş medala sevinib. O, batterflyay üsulu ilə 50 m məsafəyə üzmədə 24,61 saniyə nəticə ilə finiş xəttinə ikinci çatıb.

Bununla da Azərbaycan millisinin III İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayı 2-si qızıl, 4-ü gümüş olmaqla 6-ya çatıb.

Qeyd edək ki, Lazukadan öncə Rafael Ağayevlə (75 kq) Ayxan Mamayev (84 kq) 1-ci, Şahin Atamov (+84 kq), Silviya Angelova (48 kq) və Niyazi Əliyev (67 kq) 2-ci yeri tutub.