13:06 25-09-2013
news_image

Boksçumuz mübarizəni dayandırdı

Bolqarıstanın Albena şəhərində keçirilən boks üzrə yeniyetmə və gənc qızlar arasında dünya birinciliyində daha bir həmyerlimiz mübarizəni dayandırıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yeniyetmələrin yarışında çıxış edən Məryəm Cəbrayılova (64 kq) Qazaxıstan nümayəndəsi Madina Nurşayevaya uduzub – 0:3 (36:39, 35:39, 36:39).

Boksçularımızdan yalnız Alina Hacıyeva (+80 kq) mübarizəni davam etdirir. Millimizin üzvü ilk görüşdə bolqarıstanlı Nikoleta Yordanovanı 1-ci raundda nokauta salıb. Boksçumuz sentyabrın 27-də yarımfinalda rusiyalı Mariya Şişmareyeva ilə qarşılaşacaq.

Qeyd edək ki, Hacıyeva artıq ən azı dünya birinciliyinin bürünc medalını özünə təmin edib.