Şəhriyar Məmmədyarov üçün 3 ciddi rəqib
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun daha bir mötəbər turnirdə iştirak edəcəyi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz oktyabrın 7-14-də Bilbaoda keçiriləcək “Final Masters”də mübarizə aparacaq.
Zəka sahibimizin rəqibləri Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Maykl Adams (İngiltərə) olacaqlar. Yarəşən qalibi 2 dövrənin yekununda bilinəcək.
Qeyd edək ki, bu yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.