08:20 26-09-2013
news_image

Taekvondoçularımızdan uğurlu start

Gənc taekvondoçulardan ibarət Azərbaycan millisi Avropa birinciliyinə uğurla başlayıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, Portuqaliyanın Portu şəhərində yarışın ilk günündə yığmamızın üzvləri Məhəmməd Məmmədov (55 kq) qızıl, Tapdıq Ələkbərov (68 kq) bürünc medal qazanıblar.

Belə ki, finala kimi bütün rəqiblərinə gücünü göstərən Məmmədov həlledici qarşılaşmada moldovalı Nikita Ursu ilə üz-üzə gəlib. Həmyerlimiz 7:2 hesabı ilə qələbə qazanaraq, fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Ələkbərov isə yarımfinalda Akyol Berkaya (Türkiyə) uduzub və 3-cü yerlə kifayətlənib.