15:28 26-09-2013
news_image

III İslam Həmrəyliyi Oyunlarında 11-ci medal

Azərbaycan yığması III İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, İndoneziyada keçirilən yarışda komandamız günün 2-ci medalını aktivinə yazıb.

Belə ki, karateçilərin çıxışı yekunlaşdıqdan sonra fəxri kürsüyə çıxmaq sırası ağırlıqqaldıranlarımıza verilib. Əfqan Bayramovla (77 kq) Silviya Angelovanın (48 kq) gümüş, Zülfüqar Süleymanovun (62 kq) bürünc medal qazanmasından sonra Namiq Cəlilov (85 kq) 2-ci yeri tutub. O, 2 hərəkətin cəmində 328 kq (151 kq + 177 kq) çəkini başı üzərinə qaldırıb.

Bununla da komandamızın qazandığı medalların sayı 11-ə çatıb. Digər medallarımız Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız (hər 3-ü çempion), Şahin Atamov (+84 kq) və Niyazi Əliyevin (67 kq) aktivindədir. Üzgüçümuz Yevgeni Lazuka isə 2 mükafata birdən sahib çıxıb. O, 1 gümüş və 1 bürünc medal qazanıb.