16:52 26-09-2013
news_image
1789
DİGƏR NÖVLƏR

12-ci medal qızıl oldu

Azərbaycan üzgüçüsü Boris Kirillov III İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Apasport.az saytının məlumatına görə, təmsilçimiz İndoneziyada keçirilən yarışda bütün rəqiblərini qabaqlayaraq, ölkəmizə 12-ci mükafatı qazandırıb.

Kirillov arxasıüstə 200 m məsafəyə üzmədə finiş xəttinə birinci çatıb. Bununla da üzgüçülük millimiz İslamiadada aktivinə 3-cü medalı yazıb. Borisdən öncə Yevgeni Lazuka 1 gümüş və 1 bürünc medala yiyələnmişdi.

Komandamıza digər medalları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız (hər 3-ü çempion), Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq, hamisi gümüş medal), Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hər ikisi bürünc medal) qazandırıb.