16:01 27-09-2013
news_image
949
DİGƏR NÖVLƏR

Çəkiclə gələn medal - FOTO

Azərbaycan millisi III İslam Həmrəyliyi Oyunlarında 14-cü medalını qazanıb. Apasport.az saytının məlumatına görə, atletimiz Dmitri Marşin İndoneziyada keçirilən yarışda fəxri kürsüdə yer alıb.

O, çəkic atmada növündə 3-cü yeri tutub. Təmsilçimiz “çəkici”ni 70,68 m tullayıb. Bu, atletikada hələlik ilk medalımızdır.

Komandamıza digər mükafatları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız, Boris Kirillov (hamısı çempion), Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq), İntiqam Zairov (94 kq, hamisi gümüş medal), Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hər ikisi bürünc medal) qazandırıb. Yevgeni Lazuka isə 1 gümüş və 1 bürünc medala yiyələnib.