18:13 28-09-2013
news_image

Boksçumuz dünya birinciliyindən “bürünc”lə döndü

Bolqarıstanın Albena şəhərində yeniyetmə və gənc qızlar arasında boks üzrə dünya birinciliyinə yekun vurulub. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, yarışda 3 boksçu ilə iştirak edən Azərbaycan millisi 1 bürünc medalla kifayətlənib.

Yeniyetmələrin yarışında gücünü sınayan Alina Hacıyeva (+80 kq) bir döyüşdə qələbə qazanıb, birində məğlub olmaqla bürünc medal əldə edib. Boksçumuz yarımfinalda Rusiya təmsilçisi Mariya Şişmarayevaya uduzub. Anaxanım Ağayeva (51 kq) və Məryəm Cəbrayılova isə yarışı mükafatsız başa vurublar.