16:51 29-09-2013
news_image
2687
DİGƏR NÖVLƏR

Azərbaycan millisinin üzvü dünyasını dəyişdi

Azərbaycan idmanına və "Qəbələ" İdman Klubuna ağır itki üz verib. Apasport.az saytının xəbərinə görə, bu klubun cüdo bölümünün və Azərbaycan cüdo yığmasının gənc üzvü, Avropa Kubokunun mükafatçısı, dünya çempionatının iştirakçısı olan 16 yaşlı Fəridə Həsənxanova qəflətən dünyasını dəyişib.

“Qəbələ” İdman Klubunun kollektivi gənc idmançının vaxtsız vəfatı ilə əlaqədar mərhumənin ailəsinə və yaxınlarına dərin hüznlə Başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!