10:16 30-09-2013
news_image

İndoneziyada daha 3 medal

Azərbaycan millisi İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında daha 3 medal qazanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə bu dəfə taekvondoçular 1 gümüş və 2 bürünc medal əlavə ediblər.

Komandamızın heyətində yalnız finalda uduzan Günay Ağakişiyeva (57 kq) 2-ci yeri tutub. Türkanə Tahirli (46 kq) və Mikayıl Əliyev (54 kq) isə bürünc medalla kifayətlənib.

Bununla, millimizin aktivindəki medalların sayı 21-ə (6-8-7) çatıb.

Qeyd edək ki, onlardan öncə komandamıza digər mükafatları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız, Boris Kirillov, Hayle İbrahimov, Yekaterina Sarıyeva (hamısı çempion), kamandan oxatma komandamız, Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq), İntiqam Zairov (94 kq, hamısı gümüş medal), Dmitri Marşin, Layeş Abdullayeva, Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hamısı bürünc medal) qazandırıb. Yevgeni Lazuka isə 1 gümüş və 1 bürünc medala yiyələnib.