13:35 30-09-2013
news_image

22-ci medal bürünc oldu

Azərbaycan taekvondoçuları İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayını 22-yə çatdırıb. Apasport.az saytının məlumatına görə, yığmamızın aktivinə növbəti mükafatı Patimat Abakarova yazdırıb.

49 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 3-cü yeri tutub.

Sabah başa çatacaq yarışda yığmamızın aktivində 6 qızıl, 8 gümüş və 8 bürünc medal var.