11:06 01-10-2013
news_image

İndoneziyada medallarımızın sayı 24-ə çatdı

Azərbaycan yığması İndoneziyada keçirilən III İslam Həmrəyliyi Oyunlarında qazandıqları medalların sayını 24-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, millimizin aktivinə növbəti 2 mükafatı uşuçular əlavə edib.

Belə ki, təmsilçilərimizdən 65 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Pirəliyev fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı halda, Elçin Eminov (56 kq) 3-cü yerlə kifayətlənib.

Qeyd edək ki, bu gün başa çatacaq yarışda yığmamızın aktivində 7 qızıl, 8 gümüş və 9 bürünc medal var.