13:41 01-10-2013
news_image
576
STOLÜSTÜ OYUNLAR

Rəcəbovla Məmmədyarov gerilədi

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, oktyabr üçün açıqlanan siyahının ilk “yüzlüy”ündə 2 qrossmeysterimiz geriləyib, 1-i isə yer almayıb.

Belə ki, həmyerlilərimizdən Şəhriyar Məmmədyarov 4 pillə aşağı düşərək, 11-ci pillədə qərarlaşıb. Onun aktivində 2759 reytinq xalı var.

Məmmədyarovdan fərqli, Teymur Rəcəbovu (2723) daha 6 rəqibi qabaqlayıb. Qrossmeysterimiz 21-ci yeri 27-yə dəyişib. Yığmamızın digər zəka sahiblərindən Eltac Səfərli isə bu dəfə ilk “yüzlük”dən kənar qalıb. O, sentyabr ayı üçün açıqlanan siyahıda 5 pillə geriləyərək, 92-ci yerdə idi.

Qeyd edək ki, ilk “üçlük”də də dəyişiklik olub. Norveçli Maqnus Karlsenin (2870) başçılıq etdiyi siyahıda rusiyalı Vladimir Kramnik (2796) ikinci yerə yüksəlib. “Üçlüyü” isə ermənistanlı Levon Aronyan (2795) qapayır.