12:26 02-10-2013
news_image
1114
DİGƏR NÖVLƏR

III İslam Həmrəyliyi Oyunlarına yekun vuruldu

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində təşkil olunan III İslam Həmrəyliyi Oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışda 9 idman növündə 53 idmançı ilə təmsil olunan Azərbaycan millisi vətənə 24 medalla qayıdır.

Komandamıza mükafatları Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), karate komandamız, Boris Kirillov, Ruslan Pirəliyev (65 kq), Hayle İbrahimov, Yekaterina Sarıyeva (hamısı çempion), kamandan oxatma komandamız, Niyazi Əliyev (67 kq), Şahin Atamov (+84 kq), Günay Ağakişiyeva (57 kq), Əfqan Bayramov (77 kq), Silviya Angelova (48 kq), İntiqam Zairov (94 kq, hamısı gümüş medal), Dmitri Marşin, Layeş Abdullayeva, Patimat Abakarova (49 kq), Türkanə Tahirli (46 kq), Mikayıl Əliyev (54 kq), Elçin Eminov (56 kq), Zülfüqar Süleymanov (62 kq) və Namiq Cəlilov (85 kq, hamısı bürünc medal) qazandırıb. Yevgeni Lazuka isə 1 gümüş və 1 bürünc medala yiyələnib. Bununla da Azərbaycan millisi 56 ölkə arasında 7-ci yeri tutub.

Ölkəmiz yalnız badminton və tennisdə medal qazana bilməyib.

Yarışda komanda hesabında ev sahibləri 1-ci olublar. Onlar 36 qızıl, 35 gümüş və 34 bürünc medal qazanıblar. İkinci yeri İran (30-17-12), üçüncü pilləni isə Misir (26-27-32) tutub. Onlarla yanaşı, Malayziya (26-19-29), Türkiyə (23-30-48) və Mərakeş (10-15-14) Azərbaycanı qabaqlayıb. Ümumilikdə isə 29 ölkənin təmsilçisi fəxri kürsüyə qalxa bilib.

İdman növü
Qızıl
Gümüş
Bürünc
Kamandan oxatma

1
Atletika
2
2
Karate
3
2
Üzgüçülük
1
1
1
Taekvondo
1
3
Ağır atletika
3
2
Uşu
1
1
Cəmi
7
8
9

Qeyd edək ki, yarışın rəsmi bağlanış mərasimində İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti Şahzadə Nəvaf ibn Faysal ibn Fəhd ibn Əbdüləziz Oyunların bayrağını növbəti təşkilatçı ölkə Azərbaycana - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə təhvil verib. Növbəti İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə Bakı ev sahibliyi edəcək.