14:26 07-10-2013
news_image
788
DİGƏR NÖVLƏR

Millimizin futbolçusu: Yaxşı yoldayıq

“Çətin bir matç keçirdik. Hava şərtləri oynamaq üçün çox çətin idi”. Apasport.az saytının məlumatına görə, bunu milli komandamızın və “Sivasspor”un hücumçusu Cihan Özkara deyib.

Özkara dünən baş tutan “Sivasspor” – “Gənclərbirliyi” oyunu ilə bağlı açıqlama verib. Meydan sahiblərinin 2:0 hesablı qələbəsilə başa çatan görüşün 79-cu dəqiqəsində meydana çıxan Cihan qələbəyə layiq olduqlarını bildirib: “Qalibiyyəti haqq etmişdik. Belə davam edəcəyik. Yaxşı yoldayıq”.

Qeyd edək ki, Cihan Özkara yığmanın Bakıda başlayan hazırlıqlarına bugündən etibarən qoşulacaq.