09:20 08-10-2013
news_image
556
STOLÜSTÜ OYUNLAR

Məmmədyarov “Final Masters”ə heç-heçə ilə başladı

Bilbaoda “Final Masters” beynəlxalq şahmat turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ilk turda Maykl Adamsla (İngiltərə) qarşılaşıb. “Qaralar”la oynayan həmyerlimiz heç-heçə edib.

Turun digər matçında Levon Aronyan (Ermənistan) Maksim Vaşye-Laqravlə (Fransa) xalları yarı bölüb.

Məmmədyarov bu gün Aronyanla, Adams isə Vaşye-Laqravlə qarşılaşacaq.

Qeyd edək ki, yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.