09:25 08-10-2013
news_image
806
STOLÜSTÜ OYUNLAR

Ponomoryov həmyerlimizdən xal aldı

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rumıniyada start götürən “Kings” beynəlxalq turnirinə heç-heçə ilə başlayıb. Apasport.az saytının məlumatına görə, ilk turda ağ fiqurlarla oynayan həmyerlimiz ukraynalı Ruslan Ponomoryovun “şah”ını mat etməyə çalışıb. Lakin rəqib görüşdən 0,5 xalla ayrılmağı bacarıb.

Digər görüşdə ev sahiblərinin təmsilçisi Liviu–Diter Nisipyanu Fabiano Karuana (İtaliya) ilə “sülh” bağlayıb. Vanq Hao (Çin) isə istirahət edib.

II turda Hao Rəcəbovla, Ponomoryov Nisipyanu ilə oynayacaq.

Qeyd edək ki, Rəcəbov analoji yarışda artıq 3 dəfə qüvvəsini sınayır. 2010-cu ildə turniri gümüş medalla başa vuran Teymur 2009 və 2011-ci illərdə 4-cü yeri tutub.