11:31 09-10-2013
news_image

Olimpiya çempionumuz səs verdi: Bu, ölkəmizin gələcəyi üçün lazımdır

Azərbaycanda Prezident Seçkiləri davam edir. Apasport.az saytının məlumatına görə, səsverməyə gedənlər arasında idmançılarımız da fəallığı ilə seçilirlər.

Güləş üzrə olimpiya çempionu Namiq Abdullayev saytımıza açıqlamasında artıq səsvermə hüququndan istifadə etdiyini bildirib: “Bəli, artıq öz namizədimi müəyyənləşdirib, 22 saylı Nəsimi ikinci seçki dairəsi, 30 saylı məntəqədə səs vermişəm. Bu, ölkəmizin gələcəyi üçün lazımdır”.

İndoneziyada yenicə başa çatan İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Zülfüqar Süleymanov da səs verənlər arasındadır. Ağırlıqqaldıranımız yaşadığı Sumqayıt şəhərində hüququndan istifadə edib.