15:54 09-10-2013
news_image

Fərid Mansurov: Artıq seçimimi etmişəm

“Cəmi 15 dəqiqə əvvəl Prezident Seçkilərində səsvermə hüququndan istifadə etdim. “Ən layiqli namizədi dəstəklədim”. Bunu apasport.az saytına açıqlamasında güləş üzrə Olimpiya çempionu Fərid Mansurov deyib.

Güləş Federasiyasının 31 yaşlı vitse-prezidenti bu gün keçirilən Prezident Seçkilərinə qatılıb. 14 saylı Xəzər seçki dairəsinin 11 saylı seçki məntəqəsində öz namizədini müəyyənləşdirən Mansurov bildirib ki, fəallıq yüksəkdir: “Sözün düzü, mən səsverməyə səhər yollanmışdım. Lakin məntəqədə həddən artıq insan olduğundan geri qayıdıb, hüququmdan istifadə etməyi günün ikinci yarısına saxladım. Amma artıq öz seçimimi etmişəm”.

Mansurovun sözlərinə görə, səs verdiyi məntəqədə hansısa çatışmazlıqla rastlaşmayıb: “Hər şey qanun çərçivəsində idi. Hansısa qüsurla rastlaşmadım. Fəallıq yüksək olduğundan, sıxlıq da müşahidə olunurdu. İnsanlar öz növbəsini gözləyərək, sərbəst şəkildə, azad formada namizədlərinə səs verirdi”.