09:59 10-10-2013
news_image
537
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov sonuncu pilləyə endi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Bilbaoda keçirilən “Final Masters”də zəif çıxışını davam etdirir. Apasport.az saytının məlumatına görə, Maykl Adams (İngiltərə) və Levon Aronyanla (Ermənistan) heç-heçə edən həmyerlimiz III turu məğlubiyyətlə başa vurub.

“Qaralar”la oynayan Məmmədyarov Maksim Vaşye-Laqrava (Fransa) uduzub. Bununla da o, sonuncu pilləyə enib.

Belə ki, Adamsın (5 xal) başçılıq etdiyi turnir cədvəlində Vaşye-Laqrav (4) ikinci, Aronyan (3) üçüncü yeri tutub. Təmsilçimiz isə 2 xalla sonuncudur (burada qələbə 3, heç-heçə 1 xaldır).

Məmmədyarov bu gün Adamsla, Vaşye-Laqravlə isə Aronyanla qarşılaşacaq.

Qeyd edək ki, yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.