10:17 10-10-2013
news_image
558
STOLÜSTÜ OYUNLAR

Rəcəbov oynamadı, mövqeyini əldən verdi

Rumıniyada keçirilən “Kings” beynəlxalq turnirində III turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, bu turda istirahət edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mövqeyini itirib.

Buna səbəb ev sahibinin təmsilçisi Liviu–Diter Nisipyanunun Vanq Haoya (Çin) qalib gəlməsidir. Turun digər görüşündə isə Fabiano Karuana (İtaliya) Ruslan Ponomoryovla (Ukrayna) xalları yarı bölüb.

Beləliklə, III turdan sonra Karuana, Ponomoryov və Nisipyanu 1,5 xalla 1-3-cü yerləri bölüşdürür. Aktivində 1 xalı olan həmyerlimiz 4-cü, 0,5 xala malik Hao sonuncudur.

Qeyd edək ki, bu gün Rəcəbov Nisipyanu ilə, Hao Karuana ilə oynayacaq.