08:25 11-10-2013
news_image
541
STOLÜSTÜ OYUNLAR

“Sülhsevər oğlan”dan yenə heç-heçə

Rumıniyada keçirilən “Kings” beynəlxalq turnirində IV turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, bu turda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov ev sahibinin təmsilçisi Liviu–Diter Nisipyanu ilə zəkasını yoxlayıb.

Həmyerlimiz görüşü yenə heç-heçə başa vurub. Digər cütdə də qalib bilinməyib. Vanq Hao (Çin) Fabiano Karuana (İtaliya) ilə sülh bağlayıb.

Beləliklə, IV turdan sonra Karuana və Nisipyanu 2 xalla ilk 2 pilləni bölüşürlər. Aktivində 1,5 xalı olan Ruslan Ponomoryovla (Ukrayna) Rəcəbov 3-4-cü yerlərə şərikdir. Hao isə yenə sonuncudur (1 xal).

Qeyd edək ki, bu gün Karuana Rəcəbovla, Ponomoryov Hao ilə oynayacaq.