Məmmədyarov yenə qələbə qazana bilmədi
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Bilbaoda keçirilən “Final Masters”də yenə qələbə qazana bilməyib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz IV turu heç-heçə ilə başa vurub.
Məmmədyarov Maykl Adamsla (İngiltərə) bu dəfə “ağlar”la “sülh”ə razılaşıb. Digər cütdə isə Levon Aronyan (Ermənistan) “qaralar”la Maksim Vaşye-Laqravı (Fransa) mat edib.
Bu oyunlardan sonra Aronyan xalının sayını 6-ya çatdırıb və Adamsla birgə 1-2-ci yerləri tuturlar. Vaşye-Laqravın aktivində 4 xalı olduğu halda, Məmmədyarov 3 xala malikdir (burada qələbə 3, heç-heçə 1 xaldır).
Təmsilçimiz bu gün Vaşye-Laqravla, Adams isə Aronyanla qarşılaşacaq.
Qeyd edək ki, yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.