09:07 12-10-2013
news_image
596
STOLÜSTÜ OYUNLAR

Yenə sonuncu

Bilbaoda şahmat üzrə keçirilən “Final Masters”də V turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov bu dəfə də heç-heçə ilə kifayətlənib.

Qrossmeysterimiz Maksim Vaşye-Laqravla (Fransa) “sülh” bağlayıb. Digər cütdə isə Levon Aronyan (Ermənistan) “qaralar”la Maykl Adamsı (İngiltərə) mat edib.

Bu oyunlardan sonra Aronyan vahid liderliyə yüksəlib. Onun aktivində 9 xalı var. Adams 6 xalla ikinci, Vaşye-Laqrav 5 xalla üçüncüdür. Cəmi 4 xala malik Məmmədyarov isə yenə sonuncudur (burada qələbə 3, heç-heçə 1 xaldır).

Təmsilçimiz bu gün Aronyanla, Vaşye-Laqrav isə Adamsla qarşılaşacaq.

Qeyd edək ki, yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.