09:11 12-10-2013
news_image
576
STOLÜSTÜ OYUNLAR

Rəcəbov bu dəfə uduzdu

Rumıniyada keçirilən “Kings” beynəlxalq turnirində V turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu turda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov məğlubiyyətə üzülüb.

O, Fabiano Karuanaya (İtaliya) uduzub. Digər matçda Ruslan Ponomoryovla (Ukrayna) Vanq Hao (Çin) ilə xalları yarı bölüb.

Beləliklə, IV turdan sonra Karuana 3 xalla vahid liderdir. Liviu–Diter Nisipyanu (Rumıniya) və Ponomoryov 2 xalla 2-3-cü pillələri bölüşürlər. Aktivində 1,5 xalı olan Rəcəbovla Hao isə 4-5-cu yerlərə şərikdir.

Qeyd edək ki, bu gün Ponomoryov Rəcəbovla, Karuana Nisipyanu ilə oynayacaq.