08:34 14-10-2013
news_image

Boksçularımız üçün kor püşk

Bu gün Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatına start veriləcək. Apasport.az saytının məlumatına görə, yarışla bağlı “Rixsos” otelində püşkatma mərasimi keçirilib.

Azərbaycan idmançıları üçün püşkün o qədər də ürəkaçan olduğunu söyləmək olmaz. Xüsusən də əsas medal ümidlərimiz Teymur Məmmədov və Məhəmmədrəsul Məcidovu 1/4 finalda güclü rəqiblərlə üzləşəcəklər. 2011-ci ilin Avropa çempionu Avropa çempionu Salman Əlizadə (49 kq) yarışa oktyabrın 19-da qoşulacaq. Birinci mərhələdən azad olan boksçumuz 1/16 finalda Georgi Andonov (Bolqarıstan) – Vasiu Tayvo (Nigeriya) cütünün qalibi ilə qarşılaşacaq.

Son Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə də (52 kq) ilk mərhələdən azaddır. Həmyerlimiz oktyabrın 18-də keçiriləcək 1/16 final mərhələsində Rikardo Blandon (Nikaraqua) – Eduard Salas (Venesuela) döyüşünün qalibi ilə qarşılaşacaq.

Cavid Çələbiyev (56 kq) ilk döyüşdə tacikistanlı Oraz Avzalşoevlə üz-üzə gələcək. Boksçumuz ilk mərhələdən qalib ayrılsa, ikinci görüşdə monqolustanlı olimpiya mükafatçısı Tuqsqot Nayambayarla qarşılaşacaq.

Soltan Migitinovun da (75 kq) püşk sarıdan bəxti gətirməyib. Millimizin üzvü ilk mərhələdə Yamayka idmançısını məğlub etsə, qazaxıstanlı Janibek Alimxanulı ilə görüşəcək.

Olimpiya oyunlarının bürünc mükafatçısı Teymur Məmmədov ilk mərhələdən azad olsa da, artıq 1/4 finalda kubalı Erislandi Savonla qarşılaşa bilər.

Dünya çempionu Məhəmmədrəsul Məcidov ilk döyüşləri qələbə ilə başa vursa, 1/4 finalda London Olimpiadasında məğlub etdiyi rusiyalı Maqomed Omarovla görüşmək ehtimalı var.

Qeyd edək ki, London Olimpiadasının gümüş mükafatçısı Roberto Kamarelle də (İtaliya) Məcidovla bir qrupdadır.

49 kq – Salman Əlizadə - Georgi Andonov (Bolqarıstan) – Vasiu Tayvo (Nigeriya)
52 kq – Elvin Məmişzadə - Rikardo Balndon (Venesuela) – Eduard Salas (Venesuela) – 18 oktyabr
56 kq – Cavid Çələbiyev – Oraz Avzalşoev (Tacikistan) – 17 oktyabr
60 kq – Elvin İsayev – Mohammed Amin (Banqladeş) – 15 oktyabr
64 kq – Pərviz Bağırov – Yu-Jen Vanq (Taypey) – 16 oktyabr
75 kq – Soltan Migitinov – Conatan Hanson (Yamayka) – 17 Oktyabr
81 kq - Rauf Rəhimov – Mateuş Trik (Polşa) – 16 Oktyabr
91 kq – Teymur Məmmədov – Efetobor Apoçi (Nigeriya) – Seyda Keser (Türkiyə) – 18 oktyabr
+91 kq – Məhəmmədrəsul Məcidov – Lenroy Thompson (ABŞ) – Fakundo Giglion (Argentina) – 22 oktyabr