08:51 14-10-2013
news_image
615
STOLÜSTÜ OYUNLAR

Məmmədyarovun şərikli yeri

Bilbaoda şahmat üzrə keçirilən “Final Masters”də turniri başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov yekunda 3-4-cü yerləri bölüşüb.

Belə ki, son 2 turda Maksim Vaşye-Laqrav (Fransa) və Levon Aronyanla (Ermənistan) heç-heçə edən qrossmeysterimiz fransalı ilə son 2 yerə şərik olub. Onlar 6 tura cəmi 5 xal toplamağı bacarıblar.

Turnirin qalibi Aronyan olub (10 xal). O, Maykl Adamsı (İngiltərə) 1 xal qabaqlayıb (burada qələbə 3, heç-heçə 1 xaldır).

Qeyd edək ki, yarış “Böyük Dəbilqə”nin bir mərhələsi hesab olunur.