09:03 14-10-2013
news_image
583
STOLÜSTÜ OYUNLAR

Rəcəbovdan növbəti heç-heçə

Rumıniyada keçirilən “Kings” beynəlxalq turnirində VII turun matçları baş tutub. Apasport.az saytının məlumatına görə, bu turda azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yenə heç-heçə edib.

Həmyerlimiz bu dəfə Vanq Hao (Çin) ilə xalları yarı bölüb – 0,5:0,5. Digər - Liviu–Diter Nisipyanu (Rumıniya) - Ruslan Ponomoryov (Ukrayna) arasındakı görüşdə də qalib müəyyənləşməyib.

Beləliklə, VII turdan sonra Fabiano Karuana (İtaliya) vahid liderliyini davam etdirir. Onun aktivində 3,5 xalı var. Nisipyanu və Ponomoryov 3 xalla 2-3-cü pillələri bölüşürlər. Aktivində 2,5 xalı olan Rəcəbov 4-cüdür. Hao isə 2 xalla sonuncudur.

Qeyd edək ki, bu gün Hao Nisipyanu ilə, Ponomoryov Karuana ilə oynayacaq. Rəcəbov isə istirahət edəcək.