21:50 15-10-2013
news_image
2231
DÖYÜŞ NÖVLƏRİ

Vazgen bizi gözləyir

Qazaxıstanın Almatı şəhərində boks üzrə dünya çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, Azərbaycan millisinin iki üzvü – Elvin İsayev (60 kq) və Heybətulla Hacəliyev (64 kq) bu gün rinqə çıxıblar.

İsayev Banqladeş təmsilçisi Mohammed Amini böyük üstünlüklə məğlub edib – 3:0 (30:24, 30:25, 30:23). Həmyerlimiz növbəti mərhələdə Belarus nümayəndəsi Vazgen Safaryantsla qarşılaşacaq.

Heybətulla Hacəliyev də dünya çempionatına qələbə ilə başlayıb. Boksçumuz ilk döyüşdə filippinli Denis Qalvanı üstələyib – 3:0 (30:27, 30:26, 30:26). Hacəliyev 1/16 final mərhələsində özbəkistanlı Sanjarbek Raxmanovla üz-üzə gələcək.

Sabah komandamızın daha iki üzvü mübarizəyə qoşulur. Günorta proqramında Pərviz Bağırov (69 kq) taypeyli Yu-Jen Vanqla görüşəcək. Axşam isə Rauf Rəhimov (81 kq) polşalı Mateuş Triklə münasibətləri aydınlaşdıracaq.