13:54 17-10-2013
news_image

Boksçumuz mundiala qələbə ilə başladı

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında milli komandamızın üzvlərindən bu gün ilk olaraq Cavid Çələbiyev (56 kq) rinqə çıxıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, həmyerlimiz gərgin mübarizə şəraitində keçən döyüşdə tacikistanlı Oraz Avzalşoevi məğlub edib – 2:1 (28:29, 29:28, 30:27).

Çələbiyev 1/16 finalda Olimpiya oyunlarının mükafatçısı, “Baku Fires” klubunun sabiq üzvü Tuqsqot Nayambayarla (Monqolustan) qarşılaşacaq. Bu gün axşam proqramında isə Soltan Migitinov (75 kq) rinqə çıxacaq. Onun rəqibi yamaykalı Conatan Hanson olacaq.