10:12 18-10-2013
news_image

Daha 1 boksçumuz mərhələ adladı

Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında daha bir idmançımız ilk görüşünü qələbə ilə başa vurub. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Soltan Migitinov yamaykalı Conatan Hansonu 2-ci raundda nokauta salıb.

Millimizin üzvü növbəti mərhələdə Qazaxıstan boksçusu Janibek Alimxanuli ilə üz-üzə gələcək.