17:01 18-10-2013
news_image

Azərbaycan dünya çempionatına 10 cüdoçu ilə yollanır

Oktyabrın 23-də Sloveniyanın paytaxtı Lyublyanada gənc cüdoçuların dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 4 gün davam edəcək yarışa Azərbaycan millisi 10 idmançı ilə qatılacaq.

Belə ki, məşqçilər korpusu mundiala Mehman Sadıqov, Davud Məmmədov (hər ikisi 55 kq), Oruc Vəlizadə, Rəşad Rufullayev (hər ikisi 60 kq), Cəlil Cəlilov (66 kq), Afiq Səfərli, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Əbdülhəqq Rəsullu, Məmmədəli Mehdiyev (hər ikisi 81 kq) və Firudin Dadaşovu (90 kq) aparmağa qərar veriblər.

Qeyd edək ki, dünya birinciliyində 89 ölkədən 726 cüdoçu gücünü yoxlayacaq.