17:16 18-10-2013
news_image

Teymur Məmmədov 1/8 finalda

Dünya çempionatının gümüş mükafatçısı, Olimpiya oyunlarının bürünc medalçısı Teymur Məmmədov Almatıda ilk qələbəsini qazanıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, milli komandamızın üzvü dünya çempionatında ilk döyüşünü nigeriyalı Efetobor Apoçiyə qarşı keçirib.

Rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz 1/8 final mərhələsinə vəsiqə qazanıb – 3:0 (29:28, 29:28, 29:28). Teymur növbəti görüşünü AİBA bayrağı altında çıxış edən hindistanlı Manpreet Sinqə qarşı keçirəcək.

Qeyd edək ki, Hindistan Boks Federasiyası AİBA-dan xaric olunduğundan bu ölkənin boksçuları hazırda beynəlxalq federasiyanın bayrağı altında çıxış edirlər.