09:04 19-10-2013
news_image

Məmişzadə qələbə qazandı, Hacəliyev uduzdu

Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında daha iki idmançımız rinqə çıxıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Elvin Məmişzadə ilk görüşdə venesuelalı Eduard Salası məğlub edib.
Millimizin üzvü 3-cü raundda rəqibini noqdauna salsa da, döyüş Məmişzadə üçün çətin keçib – 2:1 (29:27, 28:28+, 28+:28). Həmyerlimiz 18 finalda türkmənistanlı Zarip Jumayevlə qarşılaşacaq.
Heybətulla Hacəliyev isə (64 kq) ikinci döyüşündə uduzaraq, yarışla vidalaşıb. Boksçumuz Özbəkistan təmsilçisi Sanjarbek Raxmanova məğlub olub – 0:3 (27:30, 27:30, 27:30).
Dünya çempionatında Hacəliyevlə yanaşı, Rauf Rəhimov da mübarizəni dayandırıb. 8 boksçumuz hələ ki dünya çempionatında çıxışlarını davam etdirirlər.