15:48 21-10-2013
news_image

Salman Əlizadə dünya çempionatında mübarizəni dayandırdı

Qazaxıstanın Almatı şəhərində keçirilən boks üzrə dünya çempionatında bu gün 2 boksçumuz rinqə çıxıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/8 final mərhələsində Koreya boksçusu Kim İnkyu ilə görüşüb. 2011-ci ilin Avropa çempionu olan Əlizadə 0:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Cavid Çələbiyev (56 kq) isə 1/4 finala vəsiqə qazanıb. Milli komandamızın üzvü 1/8 finalda Keniya idmançısı Benson Njanqirunu məğlub edib – 2:1 (30:27, 30:27, 28:29). Həmyerlimiz növbəti mərhələdə hindistanlı Şiva Tapa ilə üz-üzə gələcək.

Axşam proqramında isə Teymur Məmmədov rinqə çıxacaq. Onun rəqibi hindistanlı Manpreet Sinqx olacaq.

Qeyd edək ki, Hindistan Boks Federasiyası AİBA tərəfindən cəzalandığından bu ölkənin idmançıları beynəlxalq federasiyasının bayrağı altında çıxış edirlər.