21:25 22-10-2013
news_image
2568
STOLÜSTÜ OYUNLAR

SOCAR-dan növbəti qələbə

Yunanıstanda şahmat üzrə klublararası Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, Rodos adasında keçirilən yarışda bu gün III turun matçları oynanılıb.

İlk 2 görüşünü 5,5:0,5 hesablı qələbə ilə başa vuran SOCAR növbəti dəfə rəqibindən güclü olub. Vladimir Tukmakovun rəhbərlik etdiyi komandamız üçüncü cəhdində İtaliyanın “Padova” klubuna qalib gəlib.

SOCAR-dan fərqli, “Odlar Yurdu” da turnirdə qələbə seriyasını davam etdirə bilməyib. Debütantımız “Klişi” (Fransa) ilə heç-heçə edib.



III tur
SOCAR – PADOVA - 4,5:1,5
Fabiano Karuana – Hikaru Nakamura - 0,5:0,5
Teymur Racəbov – Pentala Xarikrinşa - 0,5:0,5
Veselin Topalov – Kirill Georgiyev - 1:0
Qata Kamski – Mikele Qodena - 1:0
Şəhriyar Mammədyarov – Daniele Vokaturo - 1:0
Van Hao – Daniil Dvirnıy - 0,5:0,5

KLİŞİ – ODLAR YURDU - 3:3
Maksim Vaşqe-Laqrav – Emil Sutovski - 1:0
Riçard Rapport – Qədir Hüseynov - 1:0
Pavel Trequbov – Vasif Durarbəyli - 0,5:0,5
Maksim Laqarde – Nicat Məmmədov - 0:1
Jan-Baptist Mullon – Nicat Abbasov - 0,5:0,5
Yannik Kambrat – Rauf Məmmədov - 0:1

Turnir cədvəli: 1. “Malaxit” (Rusiya, şəxsi göstəricilər 18), 2. Sankt-Peterburq Şahmat Federasiyası (Rusiya, 16,5), 3. SOCAR (15,5) – 6 xal, …6. “Odlar Yurdu” (13,5) – 5.