11:34 23-10-2013
news_image
1040
DÖYÜŞ NÖVLƏRİ

“Amerikalı boksçu nə özü döyüşürdü, nə də mənə imkan verirdi”

“Dünya çempionatı artıq bir neçə gündür davam edir. Mən isə yarışda ilk döyüşümü indi keçirdim. Bu da müəyyən qədər psixoloji təsir göstərir”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Məhəmmədrəsul Məcidov (91+kq) deyib.

Dünya çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Almatıda keçirilən mundialda ilk döyüşündən razı qalmayıb.

O, Boks Federasiyasının rəsmi saytına açıqlamasında Lenroy Thompsonla görüşünü şərh edib: “Amerikalı rəqibim nə özü döyüşürdü, nə də mənə döyüşməyə imkan verirdi. Bütün görüşü zərbələrimdən qaçmağa çalışırdı. Mən daha baxımlı boks nümayiş etdirmək istəyirdim. Təssüff ki, alınmadı”.

Məcidov 1/4 finaldakı rəqibi rusiyalı Maqomed Omarov haqda da fikirlərini bildirib: “Omarov da çox güclü idmançıdır. London Olimpiadasında mən daha yaxşı formada olduğumdan onu məğlub etmişdim. Bu dəfə də kim hazırlıqlı olsa, qələbə qazanacaq”.