11:16 24-10-2013
news_image
1322
DÖYÜŞ NÖVLƏRİ

Teymur Məmmədov: Bu dəfə revanş olacaq

“Artıq karyeram ərzində üçüncü dəfədir ki, Kuba boksçuları üzərində qələbə qazanıram”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin boksçusu Teymur Məmmədov deyib.

Qazaxıstanda keçirilən boks üzrə dünya çempionatında kubalı Erislandi Savonu məğlub edərək, ən azı bürünc medalı özünə təmin edən həmyerlimiz görüşlə bağlı fikirlərini açıqlayıb: “Çox çətin görüş oldu. Savon Bakıdakı dünya çempionatında Məhəmmədrəsul Məcidova uduzmuşdu. İndi isə o yeni çəki dərəcəsində çıxış edirdi. Yarımfinalda italiyalı Klemente Russo ilə üz-üzə gələcəm. Olimpiya oyunlarında onu məğlub etsəm də, hakimlər qələbəni rəqibə vermişdilər. Bu dəfə revanş olacaq. İnanıram ki, Russo üzərində qələbə qazana biləcəm”.