08:34 25-10-2013
news_image
749
STOLÜSTÜ OYUNLAR

SOCAR vahid liderə çevrildi

Yunanıstanda təşkil olunan şahmat üzrə klublararası Avropa çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışda mübarizə aparan Azərbaycan təmsilçiləri Rusiya komandaları ilə zəkalarını yoxlayıblar.

İlk 4 turu qələbə ilə başa vuran SOCAR bu dəfə “Yuqra” ilə dueldən də qalib ayrılıb. “Odlar Yurdu” isə “Malaxit”lə “sülh” bağlayıb. Bu matçın bütün görüşlərində heç-heçə qeydə alınıb.

Beləliklə, 5 turdan sonra SOCAR 10 xalla vahid liderə çevrilib. Təmsilçimizi 9 xalı olan “Novi Bor” izləyir. “Odlar Yurdu” isə 8 xalla üçüncüdür.

V tur
SOCAR - YUQRA (RUSİYA) - 4:2
Fabiano Karuana – Dmitri Yakovenko - 0,5:0,5
Teymur Rəcəbov – Petr Leko - 0,5:0,5
Veselin Topalov – Anton Korobov - 1:0
Qata Kamski – Sergey Rublevski - 0,5:0,5
Van Hao – Aleksey Dreyev - 1:0
Aniş Qiri – Denis Xismatullin - 0,5:0,5

ODLAR YURDU – MALAXIT (RUSİYA) - 3:3
Emil Sutovski – Aleksandr Qrişuk - 0,5:0,5
Vasif Durarbəyli – Sergey Karyakin - 0,5:0,5
Nicat Məmmədov – Aleksandr Morozeviç - 0,5:0,5
Vüqar Rəsulov – Aleksandr Ryazantsev - 0,5:0,5
Nicat Abbasov – Aleksandr Motılyev - 0,5:0,5
Rauf Məmmədov – Viktor Boloqan 0,5:0,5

Turnir cədvəli:1. SOCAR - 10 xal (şəxsi göstəricisi 23,5), 2. “Novi Bor” (Çexiya) - 9 (20,5), 3. “Odlar Yurdu” - 8 (22).

Qeyd edək ki, yarışın VI turunda SOCAR “Novi Bor”la, “Odlar Yurdu” Sankt-Peterburq Şahmat Federasiyasına qarşı oynayacaq.