09:25 26-10-2013
news_image
1313
STOLÜSTÜ OYUNLAR

SOCAR liderliyi əldən verdi

Yunanıstanda təşkil olunan şahmat üzrə klublararası Avropa çempionatında VI tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, Rodos adasında keçirilən yarışda Azərbaycan təmsilçiləri ilk dəfə məğlubiyyətə üzülüblər.

Belə ki, ilk 5 turu qələbə ilə başa vuran SOCAR Çexiyanın “Novi Bor” klubu ilə qarşılaşıb. Maraqlı keçən görüşdə rəqib 3,5:2,5 hesabı ilə qalib gəlib.

“Odlar Yurdu” da eyni hesabla uduzub. Emil Sutovskinin kapitanı olduğu debütant Sankt-Peterburq Şahmat Federasiyası ilə bacarmayıb.


VI tur

NOVİ BOR (ÇEXİYA) – SOCAR - 3,5:2,5
David Navara – Fabiano Karuana - 1:0
Radoslav Voytaşek – Veselin Topalov - 1:0
Viktor Lazniçka – Qata Kamski - 1:0
Krişnan Saşikiran – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Zbinek Xraçek – Van Hao - 0:1
Mateuş Bartel – Aniş Qiri - 0:1


SANKT-PETERBURQ ŞAHMAT FEDERASİYASI – ODLAR YURDU - 3,5:2,5
Petr Svidler – Emil Sutovski - 0,5:0,5
Lenyer Dominqes – Vasif Durarbəyli - 0,5:0,5
Nikita Vityuqov – Nicat Məmmədov - 1:0
Maksim Matlakov – Vüqar Rəsulov - 1:0
Vadim Zvyaqintsev - Rauf Məmmədov - 0:1
İldar Xayrullin - Zaur Məmmədov - 0,5:0,5


Beləliklə, 6 turdan sonra SOCAR liderliyi əldən verərək, ikinci pilləyə enib. “Odlar Yurdu” isə üçüncü yeri 8-ə dəyişib.

Turnir cədvəli: 1. “Novi Bor” (Çexiya) - 11 (şəxsi göstəricisi 24), 2. SOCAR - 10 xal (26), 8. “Odlar Yurdu” - 8 (24,5).

Qeyd edək ki, yarış bu gün başa çatacaq. Həlledici turda VI turunda SOCAR Sankt-Peterburq Şahmat Federasiyası, “Odlar Yurdu” isə “Uqra” (Rusiya) ilə qarşılaşacaq.