09:40 26-10-2013
news_image

Dünya çempionatında ilk medal

Azərbaycan yığması Sloveniyanın paytaxtı Lyublyanada keçirilən gənc cüdoçuların dünya çempionatında ilk medalını qazanıb. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə idmançılarımızdan Məmmədəli Mehdiyev (81 kq) fəxri kürsüyə yüksəlib. O, bürünc medal uğrunda görüşdə rusiyalı Aslan Lappinaqovu məğlub edib.

Qeyd edək ki, millimiz yarışa 10 idmançı ilə yollanıb və mundial sabah başa çatacaq.