17:00 26-10-2013
news_image
2765
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın tarixində yeni rekord - STATİSTİKA

Boks üzrə Azərbaycan milli komandası dünya çempionatlarında medalların əyarına görə tarixinin ən yaxşı nəticəsinə imza atıb. Apasport.az saytının məlumatına görə, yığmamız buna Qazaxıstanın Almatı şəhərində başa çatan mundialda nail olub.

Belə ki, müstəqil ölkə kimi qatıldığımız yarışlarda millimiz ilk dəfə 2 qızıl və 1 bürünc medal qazanmaqla yeni rekord müəyyənləşdirib. Buna kimi isə komandamızın ən yüksək göstəricisi 2011-ci ildə Bakıda təşkil olunan çempionatda sahib olduğumuz 1 qızıl və 1 gümüş medal idi. Bu isə daha çox - 3 medal qazandığımız 2003 və 2005-ci ildəki yarışdan üstün sayılırdı.

Almatıda yeni rekordla yanaşı, medalların sayına görə rekordumuz da təkrarlanıb (3 medal).

Həmçinin, Azərbaycan boks tarixində yeni səhifə açılıb. Məhəmmədrəsul Məcidov 2 qat dünya çempionumuz olan yeganə idmançıya çevrilib. Ona kimi isə bu uğura Ağası Məmmədov sevinmişdisə, Qazaxıstanda Cavid Çələbiyev də fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Dünya çempionatındakı bütün mükafatçılarımız

İl
Keçirildiyi yer
Çəki dərəcəsi
idmançı
 Medal
1999
Hyuston (ABŞ)
81 kq
Əli İsmayılov
Bürünc
2003
Banqkok (Tailand)
54 kq
Ağası Məmmədov
Qızıl
 
 
64 kq
Tofiq Əhmədov
Bürünc
 
 
69 kq
Ruslan Xairov
Bürünc
2005
Myanyanq (Çin)
60 kq
Roman Amanov
Gümüş
 
 
64 kq
Emil Məhərrəmov
Bürünc
 
 
91 kq
Elçin Əlizadə
Gümüş
2007
Çikaqo (ABŞ)
51 kq
Samir Məmmədov
Bürünc
2011
Bakı (Azərbaycan)
91 kq
Teymur Məmmədov
Gümüş
 
 
+91 kq
Məhəmmədrəsul Məcidov
Qızıl
2013
Almatı (Qazaxıstan)
56 kq
Cavid Çələbiyev
Qızıl
 
 
91 kq
Teymur Məmmədov
Gümüş
 
 
+91 kq
Məhəmmədrəsul Məcidov
Qızıl

Tahir HÜMMƏTOV