09:57 28-10-2013
news_image
640
STOLÜSTÜ OYUNLAR

Çexiyalılar titulu əlimizdən aldılar

Yunanıstanda təşkil olunan şahmat üzrə klublararası Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Rodos adasında keçirilən yarışın son – VII turu Azərbaycan təmsilçiləri üçün uğursuz olub.

Belə ki, ilk 6 turda məğlubiyyət acısı yaşamayan SOCAR Sankt-Peterburq Şahmat Federasiyası ilə qarşılaşıb. Matç heç-heçə bitib.

“Odlar Yurdu” da qələbəyə həsrət qalıb. Emil Sutovskinin kapitanı olduğu debütant Sankt-Peterburq Şahmat Federasiyasının ardınca “Yuqra”ya da uduzub.

SOCAR – Sankt-Peterburq Şahmat Federasiyası - 3:3
Fabiano Karuana – Pyotr Svidler - 0,5:0,5
Veselin Topalov – Lenyer Dominqes - 0,5:0,5
Qata Kamski – Nikita Vityuqov - 0,5:0,5
Şəhriyar Məmmədyarov – Serqey Movsesyan - 0,5:0,5
Van Hao – Maksim Matlakov - 0,5:0,5
Aniş Qiri – Zaxar Yefimenko - 0,5:0,5


Yuqra - Odlar Yurdu - 5:1
Dmitri Yakovenko - Emil Sutovski - 1:0
Petr Leko – Qədir Hüseynov - 0,5:0,5
Anton Korobov - Vasif Durarbəyli - 1:0
Sergey Rublevski - Nicat Məmmədov - 1:0
Aleksey Dreyev - Rauf Məmmədov - 0,5:0,5
Denis Xismatullin - Zaur Abbasov - 1:0


Beləliklə, SOCAR ötən ilki tutulunu qoruya bilməyib. VII turdan sonra 11 xal toplayan komandamız çempionatı 3-cü yerdə başa vurub. “Odlar Yurdu” isə 8 xalla 14-cü olub.

Qeyd edək ki, Avropa çempionu tituluna Çexiyanın “Novı Bor” (13 xal) klubu yiyələnib. Gümüş medallar Rusiya “Malaxit”inə (12 xal) nəsib olub.