15:10 28-10-2013
news_image
834
STOLÜSTÜ OYUNLAR

Kapitan etirafı: Ulduz parıldayırsa, deməli, kiməsə lazımdır

“Avrokubokda çıxışımızı minor notla bitirdik. Hər gün başından yuxarı tullanmaq çox yorucudur”. Apasport.az saytının məlumatına görə, bunu “Odlar Yurdu”nun kapitanı Emil Sutovski deyib.

Bakıda doğulub, İsraildə yaşayan qrossmeyster Azərbaycan komandasının klublararası Avropa çempionatında çıxışını dəyərləndirib.

Sutovski bildirib ki, azərbaycanlılardan qurulan heyət Yunanıstanda özünü doğruldub: “Finişdə, sadəcə gücümüz çatmadı. Bunsuz belə rəqiblərlə mübarizə aparmaq mümkünsüzdür. Nəticədə güclü klubların çoxuna qalib gələn və yarışın böyük hissəsini ilk “beşlik” üçün mübarizə aparan komanda sonda heç “onluğa” da düşmədi. Hərçənd, mənim yadıma gələni “Odlar Yurdu”nun rəqibləri yarışın tarixi ərzində indiki qədər güclü olmamışdı. Lakin bu məhz həmin nadir hallardan biridir ki, onda nəticə ikinci plana keçir. Mən kapitan və məşqçi kimi komandamın göstərdiyi oyundan, qarşılaşmalara köklənməsindən razıyam. Həm də çoxlarının bizi dəstəkləməsi və azarkeşlik etməsi xoşdur. Biz mütləq qayıdacağıq. Axı, ulduz parıldayırsa, deməli, kiməsə lazımdır”.

Qeyd edək ki, çempionatda debüt edən “Odlar yurdu” yarışı 14-cü yerdə başa vurub.