17:29 28-10-2013
news_image
611
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Avropa Olimpiya Komitəsinin prezidentini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 28-də Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini və Avropa Olimpiya Komitəsinin icraedici komitəsinin üzvü Spiros Kapralosu qəbul edib.

APA-nın məlumatına görə, P. Hikki yenidən prezident seçilməsi münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin, idman infrastrukturunun daha da genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünün şahidi olduğunu qeyd edib.

Görüşdə Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişaf etdirilməsi ilə bağlı görülən işlərin önəmi vurğulanıb, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.