16:43 29-10-2013
news_image
832
DİGƏR NÖVLƏR

Avropa Olimpiya Komitəsi Müşahidə Qrupu Bakıda mətbuat konfransı keçirib

Bu gün Avropa Olimpiya Komitəsi (AOK) Müşahidə Qrupu Bakıda mətbuat konfransı keçirib. Apasport.az saytının məlumatına görə, tədbirdə Avropa Oyunları 2015-ə ev sahibliyi edən Bakı-2015-in yerli əməliyyat komitəsi tərəfindən edilmiş irəliləyişi qiymətləndirilib.

Mətbuat konfransında çıxış edən AOK-un Koordinasiya Komitəsinin sədri Spiros Kapralos bildirib ki, ilk Avropa Oyunları üçün Bakı-2015 Təşkilat Komitəsi tərəfindən aparılan bütün planlaşdırma və hazırlıqlara valeh olub: “Bakı-2015 Avropa və bütövlükdə Avropa gəncləri, cəmiyyəti üçün böyük yeni infrastrukturlar, ilham və tədbirlərin keçirilməsi üçün yerlər qoyub gedəcək. Bizim ilk Koordinasiya komissiyamızın gəlişindən sonra 6 ay ərzində Cim Şerr Baş Əməliyyat İcraçısı kimi şuraya gəlib və tezliklə torpaq üstündə qaçışda müvəffəqiyyət əldə etmiş beynəlxalq dərəcəli böyüklər qrupuna birinci dərəcə tətbiq edib”.

Gənclər və idman naziri Azad Rəhimov ikinci dəfə Bakıya səfər edən Koordinasiya Komissiyasını plan və irəliləyişlə tanış etməkdən zövq aldığını deyib.

Ardınca AOK-un prezidenti və BOK-un İcraiyyə Şurasının üzvü Patrik Hikki Azərbaycan Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyevaya onlara dəstək olduğu üçün minnətdarlıq edib: “Onların ilk Avropa Oyunlarına ev sahibliyi etməyi öhdələrinə götürməsi tərəddüdsüz olub, plan və prosesə cəlb olunmaları alqışlanır. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) idman yarışlarının cədvəli və keçirilmə yerlərinə münasibətdə ilk Avropa Oyunlarının planlaşdırılmasında müfəssəl detalları ilə yeni səviyyəyə çatıb. Bu, atletlər, tamaşaçılar, qonaqlar, Oyunlara hazır olan digər qruplara mənzil və nəqliyyatın daha detallı planlaşdırılmasını davam etdirməyə yol açıb. Həmçinin, başqa əsas oyunların sahəsi, xidmətlər kimi idman yarışlarının və onların keçirilməsi yerlərini də buna aid etmək olar”.

AOK bununla yanaşı, son illərdə London Yay Olimpiya və Paralimpiya Oyunları, bir çox başqa layihə və tədbirlərdə iştirak etmiş planlaşdırıcılar və ekspertlərinin dəvət olunması ilə Təşkilat Komitəsinin peşəkarlığının artmasını da yüksək qiymətləndirib.

BAOƏK-in baş əməliyyat icraçısı Cim Şerir bildirib ki, Bakı-2015-in açılış mərasiminədək hamı səylə çalışır: “Hər kəs coşqundur. Bakı, bütün Azərbaycan dövləti və Avropa qitəsinin qürur duya biləcəyi Oyunların keçirilməsinə diqqətlərini cəmləyiblər”.

“Bizim təcrübəli komandamız yerlərdə olmuş və planlaşdırma yüksək səviyyədədir. Son altı ay ərzində böyük həcmdə işlər görülüb. Milli Olimpiya Komitəsi, idman federasiyaları və digər əsas maraqlı şəxslərlə bizim Oyunların detallarını bölüşməyə başlamaq ən böyük prioritetdir” – deyə Hikki bildirib.

Onun sözlərinə görə, Oyunları fantastik və innovativ kimi təsvir edir: “Bakı təşkilatçılarının Oyunları yerli ictimaiyyəti, idman və idman dəyərləri ilə cəmiyyəti savadlandırmağa kömək etmək üçün katalizator kimi istifadə etməsindən AOK-un məmnundur”.

Rəhimov Bakıda keçiriləcək yarışın tarixin yaddaşında uğurla qalacağına inam ifadə edib: “Bakı-2015 Avropa dövlətləri və atletlərinin uzun müddət yaddaşlarından silinməyəcək. Azərbaycan qitədə gələcək gənc nəsilləri ruhlandıracaq milli qarşılama və oyun vərdişləri nümayiş etdirməyi planlaşdırır. AOK-un oyun mütəxəssisləri ilə keçirilən məhsuldar görüşlərlə əhəmiyyətli dərəcədə keyfiyyət əldə edilib. Biz ilk Bakı-2015-ə doğru irəlilədiyimizə görə Koordinasiya Komissiyasından növbəti səfərləri səbirsizliklə gözləyəcəyik”.