16:50 31-10-2013
news_image
1625
DİGƏR NÖVLƏR

“Azərbaycanda da çox güclü qızlar var” - FOTO

“Maraq elə ondadır ki, daim mübarizə var”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ümumrusiya Bədii Gimnastika Federasiyasının vitse-prezidenti İrina Çaşina deyib.

2004-cü ildə Olimpiya Oyunlarının gümüş mükafatçısı olan tanınmış idmançı bədii gimnastika aləmindəki qüvvələr nisbətindən danışıb.

O, uzun illərdir bu idman növündə hegemonluq edən rusiyalılara Azərbaycan idmançısının da rəqabət yaratdığını bildirib: “İndiki Ukrayna və Belarus məktəblərində də güclü idmançılar var. Bu üzdən də əsas mübarizə bu ölkələr arasında davam edir. Azərbaycanda da çox güclü qızlar var”.

Qeyd edək ki, 31 yaşlı Çaşina 1 dəfə dünya, 3 dəfə Avropa çempionu olub.