09:57 04-11-2013
news_image

1-dən 66-ya

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Qinqdaoda keçirilən Qran-prinin yekununa əsasən açıqlanan siyahı Azərbaycan millisinin aparıcı üzvləri üçün yenə uğursuz alınıb.

Belə ki, yarışda iştirak etməyən yığmamızda bu dəfə də irəliləyən cüdoçumuz olmayıb və 3 idmançımız geriləyib. Onlardan ən çox aşağı düşən Ramilə Yusubova (63 kq) olub. Karyerası sual altında olan təmsilçimiz 2 pillə geriləməklə, 66-cı yerə enib. Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) da mövqeyini itirib. Onlar hərəyə 1 pillə aşağı düşməklə, müvafiq olaraq, 13-cü və 14-cüdür.

İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Tərlan Kərimov (66 kq), Tural Səfquliyev, Elnur Məmmədli (hər ikisi 81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yerlərində qalıblar. Bu cüdoçularımız müvafiq olaraq, yenə 15-ci, 23-cü, 48-ci, 34-cü, 52-ci, 7-ci, 1-ci, 7-ci və 16-cı pillədədirlər.

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.