15:59 05-11-2013
news_image
747
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarovun rəqibi müəyyənləşdi

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun iddiaçıların turnirində növbəti rəqibinin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, martın 12-30-da Xantı-Mansiyskdə baş tutacaq yarışda Pyotr Svidler də iştirak edəcək.

O, təşkilatçı ölkə - Rusiyanın təmsilçisi kimi həmyerimizə rəqib olmaq hüququ qazanıb.

Bu il ölkəsində çempion olan qrossmeyster iddiaçıların turnurundə Vladimir Kramnik, Levon Aronyan, Veselin Topalov, Dmitri Andreykin, Şəhriya Məmmədyarov və Sergey Karyakinlə mübarizə aparacaq.

Turnirin sonuncu – 8-ci iştirakçısının adına isə dünya tacı uğrunda Vişvanatan Anandla Maqnus Karlsen arasındakı oyunda aydınlıq gələcək. Noyabrın 7-də başlayan və 28-ə kimi davam edəcəyi gözlənilən qarşılaşmada qalib gələn dünya çempionu adını qazanacaq, məğlub olan isə yenidən iddiaçıların turnirinə qatılacaq.