10:28 08-11-2013
news_image
1112
STOLÜSTÜ OYUNLAR

“Teymur Rəcəbov letargiya yuxusundan ayılmasa...”

“İndi bütün şahmat dünyasının diqqəti Anand – Karlsen matçına yönəlib. Amma eyni zamanda, bu gün Varşavada komandalararası Avropa çempionatı kimi möhtəşəm yarış başlayır. Onlarla güclü şahmatçı bu yarışda iştirak edir”. Apasport.az saytının məlumatına görə, bunu İsrail yığmasının şahmatçısı Emil Sutovski deyib.

Bakıda doğulan şahmatçı bu gün start götürəcək Avropa çempionatında mübarizə aparacaq komandalar barədə fikirlərini açıqlayıb. Turnirin əsas favoritlərin haqda danışan Sutovski millimizi də onlarla bir sıraya qoyub: “Azərbaycan rəqiblərinin zəifləməsi fonunda qalıb. Rusiya və Ukrayna optimal heyətlə deyil, Fransa Fressinesiz, Macarıstan Leko və Rapportsudur. Belədə Azərbaycan millisi hətta Vüqar Həşimovsuz da ilk “üçlüyə” düşmək şansına malikdir. Burada hər şey Teymur Rəcəbovdan asılı olacaq. Şəhriyar Məmmədyarov komandanı pis vəziyyətdə qoymaz. Son 3 lövhə artıq təcrübə toplayıb və nəticələri korlamazlar. Lakin Rəcəbov yarım ildən artıqdır getdiyi letargiya yuxusundan ayılmasa, bütün bunlar birinci yer üçün kifayət etməyəcək”.